Zeyd Fight Center (ZFC) tərəfindən təşkil olunan MMA döyüş növü üzrə möhtəşəm “Qala Gecəsi” 20 dekabr 2025-ci il tarixində, saat 18:00-da Sərhədçi İdman Kompleksində keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin və AZEMMAGF-in dəstəyi ilə baş tutacaq tədbirin giriş hissəsi tam ödənişsiz olacaq.

Bu böyük idman gecəsində 10.000 manatlıq mükafat fondu uğrunda 20-dən çox professional idmançı oktagona çıxaraq mübarizə aparacaq. Tədbirin əsas məqsədi ölkədə MMA idmanının inkişafına dəstək olmaq, gənc döyüşçülərə öz bacarıqlarını göstərmək üçün geniş imkan yaratmaqdır.

ZFC-nin rəsmi afişasında döyüş gecəsində çıxış edəcək idmançıların siyahısı təqdim olunub. Qadın və kişi döyüşçülər arasında maraqlı və rəqabətli qarşılaşmalar gözlənilir.

Qadın döyüşləri

  • Nərmin (52 kq) × Zümrüd
  • Aydan (58 kq) × Zeynəb

Kişi döyüşləri

  • Rahil × Ədalət (60 kq)
  • Sənan × Ələkbər (58 kq)
  • Ramin × Məhəmməd (62 kq)
  • İsgəndər × İbrahim (77 kq)
  • Ruslan (57 kq) × Turxan
  • Həsən (62 kq) × Fəxri
  • Fəqan (71 kq) × Nihad
  • Nihad (77 kq) × Tural
  • Əli (77 kq) × Surac
  • Məhəmmədəli (66 kq) × Nihat

Bu qarşılaşmalar peşəkar döyüşçüləri bir araya gətirməklə yanaşı, gənc idmançıların da özlərini göstərməsi üçün əla fürsət yaradacaq.

Leave a comment